“Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və beynəlxalq kütləvi bədən tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və Normaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 18 yanvar 8 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI | |
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 18 yanvar tarixli 8 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №1, maddə 52) ilə təsdiq edilmiş “Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və beynəlxalq kütləvi bədən tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və Normaları”nın 1 nömrəli cədvəlinin üçüncü sütunundakı “3; 3; 12” rəqəmləri müvafiq olaraq “10; 10; 25” rəqəmləri ilə əvəz edilsin. 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. A.Rasi-zadə, Azərbaycan Respublikasının Baş naziri №113; 15.05.2008-ci il |
|
Xəbər 2612 dəfə oxundu. |
|
|