Millimizin oyunlarının təqvimi açıqlandı
Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin təqvimi müəyyənləşib. Gələn il Almaniya və İsveçrədə keçiriləcək yarışın iştirakçıları sırasında olan Azərbaycan yığmasının da oyunlarının vaxtı bilinib.

Gələn il sentyabrın 6-da start götürəcək yarışda C qrupunda yer alan millimiz Rusiya, Xorvatiya, həmçinin Belarus – Slovakiya cütünün qalibi ilə yarışacaq. Komandamız ilk oyununu Xorvatiyaya qarşı keçirəcək. 2-ci oyunu pley-offun qalibinə qarşı olacaq yığmamız sonda Rusiya ilə üz-üzə gələcək.

Reqlamentə görə, qrup sonuncuları Avro-2013 ilə vidalaşacaq. II və III yerlərin sahibləri (A II – C III, A III – C II, B II – D III, B III – D II )bir-birləri oynayaraq mübarizəni davam etdirir. Qrup birinciləri isə birbaşa olaraq 1/4 final mərhələsinə vəsiqə qazanır.

Xəbər 850 dəfə oxundu.