Ballak butslarını asdı
Almaniya yığmasının keçmiş kapitanı Mixail Ballak peşəkar futbol karyerasını başa vurduğunu söyləyib. Futbolçu bu qərarı 36 yaşını adladıqda verib. Futbola o, 1995-ci ildə «Kemniser» klubunda başlayıb. Bundan sonra «Kayzerslautrn»ə keçərək, orada 46 oyun keçirib və sonradan «Bayer»ə üz tutub. Leverkuzendə dünya şöhrəti tapan Ballak 3 ilini burada keçirdikdən sonra «Bavariya»ya keçib. Münhen klubunda o, 100-dən çox oyun keçirib və 44 qol vurub.

İdman.com.az saytının məlumatına görə, 2006-cı ilin dünya çempionatından sonra Ballak «Çelsi»yə üz tutub. «Zadəganlar»ın formasını da o, 100-dən artıq oyunda geyinib. Lakin klub rəhbərliyi ilə fikir ayrılığı səbəbindən müqaviləsini uzatmayaraq, 2010-cu ildə «Bayer»ə dönüb. Lakin elə mövsümün əvvəlindəcə ağır zədə onu meydandan kənarda qoyub.

Almaniya yığmasında 10 ildən artıq oynayan Ballak, bu müddətdə 98 oyuna 42 qol vurub.

Xəbər 938 dəfə oxundu.