«Real»da 15 yaşlı türk
Madrid «Real»ı 15 yaşlı türk futbolçu Yunus Gülnarı sınağa götürdü. İdman.com.az saytının məlumatına görə, ilk matçlar sonrası gözə girən Yunusu ilk təbrik edən Zidan olub. «Real»ın aşağı yaş qrupunda uğurla özünə yer edən 15 yaşlı futbolçunun əhvalatı çox maraqlıdır. Onun meneceri Aytac Çatanlar Yunusu 2 il əvvəl «Genk»in aşağı yaş qrupundan tapdığını bildirib:

«Bu komanda ilə qatıldığı iki turnirdə də ən texnikalı oyunçu seçildi. «Mançester Siti»də sınağa keçən il apardığımda fiziki cəhətdən qeyri-kafi olduğunu söylədilər. Amma Akademiya rəhbərliyi hücum məntiqinə və texnikasına heyran qaldılar. Yunusu 1 il İstanbulda xüsusi olaraq işlətmək qərarına gəldik və 1 il boyunca xüsusi həkim, məşqçi nəzarətində məşqlər edib qüvvətləndir».

Çatanlar «Real»la bağlı bunları deyib: «5 gündür Madriddəyik və ən ciddi imtahanını dünən 17 yaşlılar qrupuyla oynadığı matçda verdi. 90 dəqiqə oynadı. Oyunu bəyənilərkən, bir qola da asistentlik etdi».
Həmin matçı Zidanın da izlədiyini söyləyən Çatanlar «Matçın ardından Zidan Yunusu təbrik etdi. Yunusu sınağa davam edirlər. 1 həftə sonra qərar veriləcək və böyük ehtimalla Yunus «Real»ın aşağı yaş qrupuna qəbul ediləcək» deyə bildirib.

Xəbər 3137 dəfə oxundu.