“Qəbələ” Moskva “Spartak”ına qarşı
“Qəbələ”nin 12 yaşlılardan ibarət komandası Rusiyada beynəlxalq turnirdə iştirak edəcək. İdman.com.az saytının məlumatına görə, Futbol Akademiyasının yetirmələri oktyabrın 11-dən 15-dək Sankt-Peterburqda təşkil olunacaq turnirdə qüvvəsini sınayacaq. Orada təmsilçimiz və meydan sahibi “Zenit”lə yanaşı, Rusiyanın bir sıra klubları – Moskva “Spartak”ı, “Krasnodar”, “Amkar”, “Rubin” və hətta İspaniyanın “Barselona” klubunun müvafiq yaş qruplarından ibarət komandası mübarizə aparacaq.

Xəbər 924 dəfə oxundu.