Millimizin rəqibləri bilindi
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının 2013-cü ildə keçiriləcək Avropa çempionatının final mərhələsində rəqibləri müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, bu gün İsveçrənin Sürix şəhərində keçirilən püşkatmanın nəticəsinə əsasən Faiq Qarayevin baş məşqçisi olduğu yığmamız Rusiya, Xorvatiya və Belarus-Slovakiya pley-off oyununun qalibi ilə birgə “C” qrupuna düşüb. Bunlardan Belarus millimiz seçmə mərhələdə bir qrupda yer alaraq, 2-ci olmuşdu.

Millimiz oyunlarını Almaniyanın Drezden şəhərində keçirəcək. “A” qrupunda Almaniya, Türkiyə, İspaniya, Hollandiya, “B” qrupunda İsveçrə, İtaliya, Belçika, Ukrayna/Fransa cütünün qalibi, “D” qrupunda Polşa, Serbiya, Bolqarıstan, Rumıniya/Çex Respublikası cütünün qalibi yer alıb.
Almaniya və İsveçrədə keçiriləcək final mərhələsində qrup qalibləri birbaşa 1/4 final çıxır. Qruplarda 2-ci və 3-cü yerləri tutanlar isə 1/8 finaldan pley-off oyunlarına başlayacaq.

Xəbər 3191 dəfə oxundu.