Hiddink «Fənər»li ulduzu istəyir
«Fənərbağça»nın slovak futbolçusu Miroslav Stox rus klublarının gündəmindən düşmür. İdman.com.az saytı məlumat verir ki, Türkiyə klubunun köhnə idarəçisi Nihad Özdəmirin «Texniki heyətlə də oturub danışdıq, 18 milyon avroya satmadıq» dediyi futbolçunun izinə 2 klub düşüb.

Rus mətbuatında yayılan xəbərə görə, Moskva «Dinamo»su və Mahaçqala «Anji»si Stoxu heyətinə qatmaq istəyir. «Anji»nin Stox üçün 17 milyon avroluq bir təkliflə «Fənərbağça»nın qapısını döydüyü deyilərkən, bu transferin reallaşmadığı vurğulanır. Stoxu komandasına götürmək istəyən türk millisinin keçmiş sükançısı, «Anji»nin hazırkı çalışdırıcısı Quus Hiddinkin yanvar ayında bu futbolçu ilə bağlı daha bir təklif daha edəcəyi bildirilir.

Futbolçu uğrunda «Anji»ylə mübarizəyə Moskva «Dinamo»su ilə yanaşı, bir sıra Avropa klubları da qoşula bilərlər. Stoxun meneceri «Anji» və «Dinamo»dan təklif aldıqlarını təsdiqləyərkən «Ciddi təkliflər gəlir. O, hər vaxt Çempionlar Liqasında oynamaq və davamlı özünü inkişaf etdirmək istəyir. Maliyə problemlər və pul onun üçün çox da əhəmiyyətli deyil» söyləyib.

Xəbər 877 dəfə oxundu.