«Paşa»da Kin dövrü başlamadan bitdi
«Qasımpaşa» boş qalan baş məşqçi kürsüsünə əyləşdirmək üçün ilkin razılığa gəldiyi irlandiyalı mütəxəssis Roy Kini əldə edə bilməyib. İdman.com.az saytının məlumatına görə, 3 gün İstanbulda olan Kin yekunda həyat yoldaşının problem yaratdığını bildirərək razılaşmadan imtina edib.

Bu səbəbdən qarşıdakı «Trabzonspor»la səfər matçına da komandanı Fuad Kılıc çıxaracaq. Və bu matçdan sonra «Kasımpaşa» rəşbərliyi yenidən baş məşqçi axtarışına çıxacaq.

Xəbər 981 dəfə oxundu.