İdman jurnalistlərinə serifikatlar təqdim edildi
Xəbər verdiyimiz kimi, Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası (AİPS) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin dəstəyi ilə Bakıda gənc idman jurnalistləri üçün tədris proqramı həyata keçirir. İdman.com.az saytının məlumatına görə, oktyabrın 5-də Azərbaycan Milli Olimpiya Komitəsində Proqramda iştirak etnmiş jurnalistlərə sertifikatların təqdim edilməsi mərsaimi keçirilib.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov “AİPS gənc reportyorlar” proqramının əhəmiyyətindən danışıb və layihəyə cəlb edilmiş gənc idman jurnalistlərini təbrik edib.

Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyev, vitse-prezidenti Xəzər İsayev və AİPS prezidenti Canni Merlo da öz çıxışlarında treninqlərə qatılmış jurnalistləri təbrik ediblər və onlara uğurlar arzulayıblar. Sonra tədris proqramının iştirakçısı olmuş jurnalistlərə müvafiq sertifikatlar təqdim edilib.

Proqrama AİPS-in 5 qitədən – Afrika, Asiya, Amerika, Okeaniya və Avropadan 19-25 yaşlar arasında gənc jurnalistlərdən seçdiyi 20-dək və Azərbaycandan 10 idman jurnalisti cəlb edilib.
Tədbirin sonunda proqram iştirakçıları xatirə şəkli çəkdiriblər.

Xəbər 1341 dəfə oxundu.