.Premyer Liqada mövsümün 100-cü qolu vurulub
Premyer Liqada mövsümün 100-cü qolu vurulub. Bu, VIII turun “Rəvan” – ”İnter” oyununda baş verib.
Matçda hesabı açan Nizami Hacıyev çempionatın yubiley qolunun müəllifi olub. Ümumilikdə isə baş tutan 43 oyunda 101 qol vurulub və orta məhsuldarlıq 2,35-ə bərabərdi.
Qeyd edək ki, 2012/13-cü il mövsümünün ilk qolunu avqustun 4-də baş tutan “Kəpəz” – “Turan” oyununda İrakli Beraya vurmuşdu. Həmin vaxt Gəncə təmsilçisində oynayan hücumçu 10-cu dəqiqədə fərqlənmişdi. Maraqlıdı ki, sonradan İrakli “Turan”a keçdi.

Xəbər 841 dəfə oxundu.