Ukrayna yığmasının üzvü La Liqa klubunda
“Dinamo Kiyev” klubunun futbolçusu Viktor Çıqanov karyerasını İspaniyada davam etdirəcək.

Yarımmüdafiəçi “Jirona” klubuna keçib. Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Ukraynalı futbolçu ilə 2027-ci ilin yayınadək müqavilə imzalanıb.

“Jirona” yarımmüdafiəçi üçün “Dinamo”ya 5 milyon avro ödəyəcək.

Qeyd edək ki, Ukrayna yığmasının da üzvü olan futbolçu cari mövsüm Ukrayna çempionatında 13 oyunda 6 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər 201 dəfə oxundu.