“Konyaspor” klubu baş məşqçisi ilə yollarını ayırıb
Türkiyənin “Konyaspor” futbol klubu baş məşqçisi İlhan Palut ilə yollarını ayırıb.

Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

2021-ci ildən komandaya rəhbərlik edən türkiyəli mütəxəssisə xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

İ.Palutun rəhbərliyi ilə komanda 81 oyuna çıxıb. Otuz altı matçda qalib gələn “Konyaspor” 20 oyunda məğlub olub. İyirmi beş oyunda heç-heçə qeydə alınıb.

On səkkiz turdan sonra “Konyaspor” 27 xalla Super Liqanın turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.


Xəbər 173 dəfə oxundu.