Avropa Liqasında qrup mərhələsinin II turunun oyunları keçirilib
Avropa Liqasında qrup mərhələsinin II turunun oyunları keçirilib.Qitənin 2-ci dərəcəli klub turnirində 24 matç baş tutub.

Azərbaycan çempionu “Neftçi” H qrupunda 2-ci oyununa çıxıb. Bakılılar İtaliya “İnter”i ilə görüşdə 1:3 hesabı ilə uduzub. Qarşılaşmanın taleyini ilk yarıdakı 3 qolla həll edən milanlılar fasilədən sonra qüvvəsini qorumağı lazım bilib. “Neftçi” də bundan yararlanaraq böyükhesablı məğlubiyyətdən qaçıb.

Təmsilçimizin qrupundakı digər oyun Kazanda baş tutub. Rusiya “Rubin”i Serbiya çempionu “Partizan”ı qəbul edib. Növbəti turda “Neftçi”ni qəbul edəcək kazanlılar bu qarşılaşmadan 2:0 hesablı qələbə ilə ayrılıb.

Digər qrupların oyunlarına gəlincə isə ölkəmizdə kifayət qədər azarkeşi olan Türkiyənin təmsilçisi “Fənərbaxça” Almaniya “Borussiya”sının qonağı olub. Mönhenqladbaxdakı qol şousunda azarkeşlər 7 top görüb və İstanbul təmsilçisi qalib gəlib – 3:4.


Avropa Liqası
Qrup mərhələsi, II tur
4 oktyabr

A qrupu

"Anji" (Rusiya) - "Yanq Boyz" (İsveçrə) - 2:0
Etoo, 62-pen. , 90

"Liverpul" (İngiltərə) - "Udineze" (İtaliya) - 2:3
Şelvey, 23, , Suarez, 75 - Di Natale, 46, Koates, 70-avtoqol, Paskuale, 72

Xəbər 914 dəfə oxundu.