“Rabitə” voleybol turnirində ilk matçını keçirib
“Rabitə” Türkiyənin Ankara şəhərində keçirilən beynəlxalq voleybol turnirində ilk matçını keçirib. Son illərin dəyişməz Azərbaycan çempionu 4 komandanın qatıldığı yarışın 1-ci turunda Rusiyanın “Dinamo” (Moskva) klubu ilə görüşüb. Təmsilçimiz bu matçda 2:3 hesabı ilə uduzub.

Qeyd edək ki, bu gün “Ankara TED Kolleclilər” ilə qarşılaşacaq son dünya çempionu sabah “Əczaçıbaşı” ilə münasibətlərini aydınlaşdıracaq.

Xəbər 856 dəfə oxundu.