İtaliya “İnter”in tarixində 2-ci dəfə Qafqazda oynayacaq
Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Neftçi” ilə qarşılaşacaq İtaliya “İnter”in tarixində 2-ci dəfə Qafqazda oynayacaq. Milan təmsilçisi 35 il əvvəl də bu bölgədə avrokubok matçı keçirib.

1977/78 mövsümündə UEFA kubokunun 1/32 finalında “İnter” Tiflis “Dinamo”su ilə görüşüb. Milanda 1:0 hesabı ilə qalib gələn gürcüstanlılar “neradzurra”nı Qafqazdan qolsuz yola salıb – 0:0.

Tiflisdəki həmin oyun 1977-ci il sentyabrın 28-də baş tutub. Həmin oyunun 35 illiyindən 6 gün sonra “İnter” Bakının qonağıdır 12790 gün əvvəl Qafqazı qolsuz heç-heçə ilə tərk edən italiyalıların növbəti sərgüzəştləri Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

Xəbər 437 dəfə oxundu.