Kaka oyundan sonra Mourinyonun qərarına təəccübləndiyini bildirib
“Real”ın yarımmüdafiəçisi Kaka “Ayaks”la oyundan sonra baş məşqçi Joze Mourinyonun qərarına təəccübləndiyini bildirib. Fanat.az xəbər verir ki, braziliyalı futbolçu əsas heyətdə meydana çıxacağını gözləmirdi:
“Düzü, start heyətində yer alacağımı eşidəndə təəccübləndim. Amma “Real” elə komandadı ki, burda hamı hər an meydana çıxmağa hazır olmalıdı. “Barselona”yla oyun çox önəmlidi. Bu bizim əbədi rəqibimizdi. Həmin matçda meydana çıxıb-çıxmayacağımı bilmirəm, qərarı məşqçi verir. Hər halda, mən hazıram”.

Xəbər 862 dəfə oxundu.