Bu gün Avropa Liqasında növbəti oyunlar keçiriləcək
Bu gün Avropa Liqasında növbəti oyunlar keçiriləcək. Qitənin 2-ci dərəcəli klub turnirində qrup mərhələsinin II turu baş tutacaq.

Avropanın 24 komandası 3 müxtəlif vaxtda meydana çıxacaq. Əvvəl postsovet məkanı təmsilçilərinin ev oyunları keçiriləcək. H qrupunda yer alan Azərbaycan çempionu “Neftçi” İtaliyanın “İnter” klubunu qəbul edəcək.

Bu qrupda keçiriləcək digər görüş də 21:00-da baş tutacaq. Meydana Rusiya “Rubin”i ilə Serbiya “Partizan”ı çıxacaq. Şimallıların digər təmsilçisi “Anji” də ev oyununu həmin saatda keçirəcək.

Turun digər qarşılaşmaları isə ənənəvi vaxtlarda start götürəcək. Həmin oyunlara arasında isə ölkəmizdə daha çox maraq doğuranı Mönhenqladbaxda olacaq. Qonşu Türkiyənin təmsilçisi “Fənərbaxça” Almaniya “Borussiya”sının qonağı olacaq. Bu komanda Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts üçün doğma klub sayılır. Futbolçu karyerası “Borussiya”ya bağlı olan mütəxəssis indi də bu klubu öz komandası sayır.

Xəbər 991 dəfə oxundu.