FİFA “Qızıl top” mükafatının sorğusunda dəyişiklik edib
FİFA hər il dünyanın ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün ənənəvi keçirilən “Qızıl top” mükafatının sorğusunda dəyişiklik edib. Ali futbol qurumu səsvermədə iştirak edən milli komandaların baş məşqçiləri və kapitanlarına öz yığmasının üzvlərinə səs verməsinə imkan yaradıb.

İndiyədək özününkülərə səs vermək hüququ olmayan respondentlər bundan sonra bu məhdudiyyətdən azad olacaq. FİFA hesab edir ki, bu qərar səsvermənin son nəticəsinə heç bir təsir etməyəcək.

Qeyd edək ki, hazırda mükafata namizəd olan 23 nəfərlik siyahıda 13 ölkə təmsilçisi var. Bu siyahıda Azərbaycan futbolçusu yer almadığından millimizin baş məşqçisi Berti Foqts və kapitanı Rəşad Sadıqov FİFA-nın onlara şamil etdiyi güzəştdən yararlana bilməyəcək.

Xəbər 560 dəfə oxundu.