Rusiya və Belarus tennisçilərinə açıq Avstraliya çempionatında iştiraka icazə verilib | |
Avstraliya Tennis Federasiyası Rusiya və Belarusdan olan idmançıların bu il açıq Avstraliya çempionatında iştirak etməsi barədə qərar qəbul edib. Rusiyalı və belaruslu tennisçilərin ancaq fərdi yarışlarda iştirakına icazə verilib. 2022-ci ildə “Uimbldon” turnirinin təşkilatçıları Rusiya və Belarus tennisçilərinin turnirdə iştirakına icazə verməmişdi. Buna görə ATP (Peşəkar Tennisçilər Assosiasiyası) təşkilatçıları 1 milyon ABŞ dolları cərimələmişdi. Qeyd edək ki, açıq çempionat yanvarın 16-dan 29-dək keçiriləcək. Turnirin sonuncu qalibi 2022-ci ildə finalda rusiyalı tennisçi Daniil Medvedevi məğlub edən ispaniyalı Rafael Nadaldır. |
|
Xəbər 265 dəfə oxundu. |
|
|