Gürcüstan prezidenti tanınmış futbolçu Georgi Demetredzeni bağışlayıb
Gürcüstan prezidenti Mixail Saakaşvili həbsdə olan tanınmış futbolçu Georgi Demetredzeni bağışlayıb. 2008/09 mövsümündə “Bakı”nın heyətində ölkə çempionu olmuş 36 yaşlı hücumçu bu haqda ölkəsinin başçısına müraciət etməyib.

Demetradze özünü günahsız sayırdı və ona qarşı ittihamla razılaşmırdı. İndi isə prezidentin qərarına əsasən Georgi 1 ildən sonra azadlığa çıxa bilər.

Georgi 2010-cu ildə cinayətkarla əlaqəyə görə həbs olunub. Məhkəmə onu 6 il azadlıqdan məhrum edib. Hazırda Demetradzenin işinə Avropanın insan haqları üzrə məhkəməsində baxılır.

Xəbər 844 dəfə oxundu.