Futzal üzrə İspaniya çempionatında IV turun oyunları keçirilib
Futzal üzrə İspaniya çempionatında IV turun oyunları keçirilib. UEFA kubokunun elit-raundunda Azərbaycan çempionu “Araz”ın rəqibi olan “Barselona” öz meydanında “Burela” ilə görüşüb.

Katalonlar avrokubok oyunu ərəfəsində sanki məşq keçib – 8:0. Fernandaonun 3 qol vurduğu matçda Aykardo, Lozano, İqor, Martel hərəyə 1 dəfə fərqlənib. Daha 1 top isə Huqonun avtoqolu hesabına gerçəkləşib.

Bu qələbədən sonra xallarının sayını 10-a çatdıran “Barselona” zirvəyə yüksəlib. Onlar xal itirməklə ilk pilləni əldən verən “Mursiya”nı top fərqində qabaqlayır.

Xəbər 908 dəfə oxundu.