“Benfika”-”Barselona” matçında maraqlı hadisə baş verib
UEFA Çempionlar Liqasında dünən keçirilən “Benfika”-”Barselona” matçında maraqlı hadisə baş verib. Qonaq komandanın futbolçusu Sesk Fabreqaslə oyunu idarə edən türkiyəli hakim Cüneyd Çakır arasında “söhbət” yaranıb. Serxio Busqetsin qırmızı vərəqə almasından sonra hirslənən Fabreqas türkiyəli hakimə çılğın formada etiraz edib və Cüneyd Çakırın köynəyini dartışdırıb.
Qeyd edək ki, qarşılaşma 0:2 hesab ilə qonaqların xeyrinə başa çatıb. Ktaloniyalılar 6-cı dəqiqədə Sançezin, 55-də isə Fabreqasın vurduğu qolla qələbəni bayram edib.

Xəbər 896 dəfə oxundu.