FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb
FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. Ötən ay 107-ci pillədə qərarlaşan Azərbaycan yığması FİFA-nın siyahısında 4 pillə geriliyərək 111-ci pilləyə enib. Hazırda millimizin aktivində 306 xal var.
Reytinq cədvəlinə ötən ay olduğu kimi bu dəfə də İspaniya yığması başçılıq edir. İspanların hesabına 1611 xal yazılıb. İkinci pillədə 1456 xalla Almaniya, üçüncü pillədə isə 1259 xalla bir mərtəbə yüksələn Portuqaliya yığmasıdır. Millimizə isə 311 xal toplayan Litva və 308 xalla Küveyt yığmaları qonşuluq edir.

Xəbər 1192 dəfə oxundu.