“Neftçi” ilə qarşılaşacaq “İnter” bu gün Bakıya gəlir
Avropa Liqasında “Neftçi” ilə qarşılaşacaq “İnter” bu gün Bakıya gəlir. Çarter reysi ilə ölkəmizin qonağı olacaq İtaliya təmsilçisinin saat 18.00 radələrində Azərbaycanda olacağı gözlənilir.
Qeyd edək ki, bu gün saat 19.30-da Tofiq Bəhramov adına stadionda “İnter”in məşqi nəzərdə tutulub. Qonaqlardan sonra isə Hacıyevin yetirmələri məşq üçün meydana girəcək.

Xəbər 1153 dəfə oxundu.