Məşhurlar Aleksə dəstək verdi
“Fənərbaxça”dan ayrılan Aleks De Souzanın məşhur tərəfdarları yalnız buraxmır. Braziliyalı futbolçu twitterdə ayrıldığını bildirdikdən sonra türkiyəli məşhurlar futbolçuya dəstək verib:
Alişan: “Bu cür sonun olması “Fənərbaxça”ya, Aleksə yaraşmadı. İlyarımdı sizə dəstək olan azarkeşlərin hədiyyəsi bu olmamalıydı”.
İbrahim Tatlısəs: “Aleks getdi. Aykut Kocaman bundan sonra bizi Super Liqaya həsrət qoyacaq. Allah bütün “Fənərbaxça”lılara kömək olsun”.
Murat Boz: “Aleks həmişə hörmət ediləcək bir kapitan kimi yaddaşımda qalacaq. Gələcək karyerasında uğurlar arzulayıram”.
Mətin Şən: “Aleksə pul verib göndərən Əziz Yıldırım və onun idarə heyəti Kocamanla birlikdə istefa etməlidi”.

Xəbər 868 dəfə oxundu.