“Barselona” yenidən itki ilə üzləşib
Dünən “Benfika”nın qonağı olan “Barselona” yenidən itki ilə üzləşib. Komandanın müdafiəçisi Karles Puyol rəqiblə mübarizə zamanı yıxılaraq qolunu sındırıb.
Qeyd edək ki, zədəsi yenicə sağalmış Puyol yeni zədə səbəbiylə bir müddət yaşıl meydanlardan kənarda qalmalı olacaq.

Xəbər 839 dəfə oxundu.