Rafiq Hüseynov: Gələn il əsas hədəfim dünya çempionluğudur
Bu il mənim üçün uğurlu oldu. Budapeştdə keçirilən qitə çempionatında qalib gəlməklə, üçqat Avropa çempionu titulunu qazandım.

Bu sözləri müsahibəsində dünya çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Rafiq Hüseynov deyib. Yunan-Roma güləşçisi bu il eyni zamanda dünya çempionatında medal şanslarının da yüksək olmasına baxmayaraq, zədə səbəbindən məqsədinə çatmadığını bildirib: “Zədə səbəbindən dünya çempionatında məğlub olsam da, özümü toplayaraq dünya kubokunda komandama kömək etdim və yığmamız ikinci yeri qazandı. Hazırda çiynimdən əməliyyat olunmuşam və bərpa olunuram”.

Rafiq Hüseynov 2023-cü ildə əsas hədəfi də açıqlayıb: “Gələn il əsas hədəfim dünya çempionluğudur. Sonra isə Olimpiadaya hazırlığa başlayacağam”.

Xəbər 213 dəfə oxundu.