“Xəzər Lənkəran”a prezident dəstəyi
“Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov dünən “AZAL Arena”ya yollanaraq komandanın heyəti ilə məşqdən əvvəl toplantı keçirib. Mais Mənsimov çıxış edərək bir daha futbolçuları məsuliyyətlərini dərk etməyə çağırıb.
O, komandanın Topaz Premyer Liqasının VIII turu çərçivəsində AZALa qarşı keçiriləcək görüşdə komandadan adına layiq oyun gözləydiyini bildirib. Daha sonra klub prezidenti komandanın məşqini izləyib.

Xəbər 1001 dəfə oxundu.