Bu gün Çempionlar Liqasında II tura yekun vurulacaq
Bu gün keçiriləcək oyunlarla Çempionlar Liqasında II tura yekun vurulacaq. Mərkəzi oyun İngiltərədə olacaq. Bu ölkənin son çempionu “Mançester Siti” Bundesliqanın son 2 mövsümdə qalibi olan Dortmund “Borussiya”sını qəbul edəcək. Bu qrupda “Ayaks” – “Real” oyunu da maraqlı matçlardan sayılır.

Kiyevdə “Dinamo”ların dueli diqqət çəkir. Postsovet məkanının digər təmsilçisi “Zenit”in “Milan”la ev oyunu da diqqət mərkəzindədir. Hər 2 komanda üçün ilk tur uğursuz oldu. Son vaxtlar problemlər içərisində olan “Zenit”in “Milan” üzərində qələbəsi düşərgədə gərginliyi aradan qaldıra, futbolçuların əhval-ruhiyyəsini yüksəldə bilər. “Milan” isə A seriyasında da mövsümə uğursuz başladığından, baş məşqçisi Massimiliano Alleqri hər an istefaya göndərilə bilər.


3 oktyabr

A qrupu
“Dinamo” (Ukrayna) – “Dinamo” (Xorvatiya)
“Portu” (Portuqaliya) – PSJ (Fransa)

B qrupu
“Şalke” (Almaniya) – “Monpelye” (Fransa)
“Arsenal” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan)

C qrupu
“Zenit” (Rusiya) – “Milan” (İtaliya)
“Anderlext” (Belçika) – “Malaqa” (İspaniya)

D qrupu
“Mançester Siti” (İngiltərə) – “Borussiya” (Almaniya)
“Ayaks” (Hollandiya) – “Real” (İspaniya)

Qeyd edək ki, Rusiyadakı oyun Bakı vaxtilə saat 21:00-da, qalan matçlar ənənəvi olaraq 23:45-də başlayacaq.

Xəbər 949 dəfə oxundu.