İtaliyanın “Yuventus” klubu Avropada yeni rekord müəyyənləşdirib
İtaliyanın “Yuventus” klubu Avropada yeni rekord müəyyənləşdirib. Çempionlar Liqasının qrup mərhələsinin II turunda Ukraynanın “Şaxtyor” klubu iə ev oyununda 1:1 hesabı etməklə, avrokuboklarda ardıcıl 8-ci bərabərliyə qalıb. Burada təsnifat mərhələsinin oyunları nəzərə alınmır.

Turinlilərin bu göstəricisi Avropa klubları üçün yeni rekord olub. Bunadək qitə miqyasında ardıcıl 7 dəfə heç-heçə edən Şotlandiyanın “Reyncers” klubu olmuşdu.

Xəbər 1077 dəfə oxundu.