Millimiz zirvəyə yüksəldi
İspaniyanın Alikante şəhərində təşkil olunmuş beynəlxalq turnirdə iştirak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib. ABŞ komandası ilə qarşılaşan futbolçularımız Elnur Cəfərovun vurduğu qol sayəsində 1:0 hesablı qələbə qazanıb.

3 turdan sonra Azərbaycan yığması 7 xalla turnir cədvəlinə başçılıq edir. Futbolçularımız növbəti oyununu oktyabrın 4-də, Bakı vaxtı ilə saat 19:00-da, Birləşmiş Ərəb Əmirlikləri komandasına qarşı keçirəcək.

Qeyd edək ki, yığmamız turnirdə keçirdiyi ilk oyunda Kanada komandası ilə 2:2 hesablı heç-heçə etmiş, Meksika yığmasını isə məğlubiyyətə uğratmışdı - 2:0.

Xəbər 855 dəfə oxundu.