“Neftçi” klubu Azərbaycan futbol tarixinin ən böyük uğurunu qazanıb
“Neftçi” klubu Azərbaycan futbol tarixinin ən böyük uğurunu qazanıb. Bakı təmsilçiləri artıq bu gündən etibarən tam olaraq, “İnter”lə baş tutacaq oyuna köklənəcək. Hər hansı bir matça bir gün qalmış bazada yığışan futbolçular bu dəfə qarşılaşmaya iki gün qalmış bir araya gələcəklər.
Böyükağa Hacıyevin rəhbərlik etdiyi kollektiv Avropa Liqasının ikinci turunda Tofiq Bəhramov adına Respublika Stadionunda İtaliya “İnter”ini qəbul edəcək. Matç oktyabrın 4-də, saat 21:00-da başlanacaq.

Xəbər 846 dəfə oxundu.