“Kayserispor”un baş məşqçisi Şota Arveladze istefa verib
“Kayserispor”un baş məşqçisi Şota Arveladze istefa verib. Arveladze “Gənclərbirliyi” ilə qarşılaşmadan sonra ayrılmaq qərarına gəlib və klub rəsmilərinin təklifinə baxmayaraq getmək fikrini dəyişməyib.
Qeyd edək ki, Arveladze 2.5 ildir ki, “Kayserispor”un baş məşqçi postunda əyləşib. Hazırda komandası 6 turdan sonra 4 xalla 17-ci pillədə qərarlaşıb.

Xəbər 868 dəfə oxundu.