“Fənərbaxça”nın kapitanı Aleks De Souza komandadan ayrılıb
“Fənərbaxça”nın kapitanı Aleks De Souza komandadan ayrılıb. Aleks bir daha “sarı-lacivərtli” formanı geyinməyəcəyini bildirib.
Braziliyalı forvard twitter sosial şəbəkəsindəki səhifəsində baş məşqçi Aykut Kocamanla münasibətinin yaxşı olmadığını bildirib: “Mən “Fənərbaxça” ilə müqaviləmi pozdum. Buna səbəb baş məşqçi ilə münaqişəmin olmasıdır. Buna görə klubdan gedirəm. Bu, çox üzücüdür. Hər şeyə çox sağ olun! “Fənərbaxça” oyunçunu itirsə də, əvəzində onun bir azarkeşi daha oldu”.
Klub rəsmi internet səhifəsində Aleksə və onun ailəsinə təşəkkür etdiyin bildirib.

Xəbər 1045 dəfə oxundu.