“Qarabağ” ən çox qol vuran komandaların ilk onluğunda yer alıb
Cari mövsüm avrokuboklarda (Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası) ən çox qol vuran komandalar bəlli olub.

Ağdamın “Qarabağ” klubu ilk onluqda yer alıb.

Azərbaycan təmsilçisi UEFA Çempionlar Liqasının təsnifat mərhələlərində meydana çıxdığı 8 oyunda 15, UEFA Avropa Liqasının qrupunda keçirdiyi 6 görüşdə isə 9 qol vurub. Ümumilikdə 14 qarşılaşmada 24 dəfə fərqlənən Qurban Qurbanovun kollektivi “Top-50”nin açıqlandığı siyahının 6-cı pilləsində qərarlaşıb.

Cədvələ 12 oyunda rəqib qapılarına 30 qol keçirən Niderlandın AZ komandası başçılıq edir. İsveç klubu “Yurqarden” 27 qolla ikinci, Türkiyənin “Başakşehir” komandası isə 26 qolla üçüncü pillədə yer alıblar.

Xəbər 264 dəfə oxundu.