“İnter” klubunun baş məşqçisi ən gənc çalışdırıcıdır.
“Neftçi”nin Avroliqanın qrup mərhələsində 2-ci rəqibi olan İtaliyanın “İnter” klubunun baş məşqçisi Andrea Staramaççoni A seriyasının cari mövsümündə ən gənc çalışdırıcıdır. Ötən mövsümün sonuna 2 ay qalmış istefaya göndərilən Klaudio Ranyerinin yerinə müvəqqəti gətirilən italiyalının 36 yaşı var.

Bunadək Milan klubunun əvəzedici heyətini çalışdıran Stramaççoni cari mövsümdən baş məşqçi təyin olundu və hazırda kapitanından 3 yaş kiçikdir. Belə ki, “İnter”in argentinalı lideri Xavyer Zanettinin 39 yaşı var və hələ karyerasını bitirmək haqda düşünmür.

Qeyd edək ki, Xavyer 1995-ci ildən şərəfini qoruduğu “İnter”in heyətində 806 oyun keçirib. O, 1999-cu ildən bu klubun kapitanıdır

Xəbər 941 dəfə oxundu.