“Neftçi”nin sabiq qapıçıları Kiyev “Dinamo”sunda birgə çalışacaqlar
“Neftçi”nin sabiq qapıçıları Yuri Romenski ilə Mixail Mixaylov Kiyev “Dinamo”sunda birgə çalışacaqlar. Ukraynanın ən titullu klubunun yeni baş məşqçisi Oleq Bloxin SSRİ dövründə Bakı təmsilçisinin qapısını qoruyanları özünə köməkçi götürüb.

Onlardan Mixaylov hələ “Dinamo”nun rusiyalı sabiq baş məşqçisi Yuri Syominin vaxtında qapıçılarla işləyən məşqçi idi ki, onun da istefa verdiyi bildirilirdi. Ancaq Bloxin onun vəzifəsində qaldığını, üstəlik, yığmada köməkçisi olmuş Romenskini bura gətirdiyini deyib. Bununla da Kiyev klubunda qapıçılarla 2 məşqçi işləyir.

Qeyd edək ki, Mixaylovla Romenski ukraynalı olsalar da, ikinci futbolumuzun yetirməsidir. Mingəçevirdə anadan olan 60 yaşlı veteran qapıçı 70-ci illərdə “Neftçi”də oynayıb. 53 yaşlı Mixaylov isə 80-ci illərin sonunda 1 mövsüm komandamızda çıxış edib.

Xəbər 813 dəfə oxundu.