2018-in şəhərləri seçildi
FİFA 2018-ci il dünya çempionatının 11 şəhərinin adını elan edib. İdman.com.az saytının məlumatına görə, qurumun rəhbəri Zepp Blatterin iştirakı ilə keçirilən tədbirdə 13 namizəddən ikisi kənara atılıb.

Bunlar Krasnodar və Yaroslavl şəhərləridir. Seçimdə üzü gülən tərəflər isə Moskva, Sankt-Peterburq, Kalininqrad, Nijni Novqorod, Kazan, Samara, Volqoqrad, Rostov, Saransk, Soçi və Yekaterinburq olub.

Moskva stadionlarında gəldikdə, «Lujniki»nin uğuru şübhə doğurmurdu. Əsas mübarizə «Spartak»la «Dinamo» stadionları arasında gedib. Nəticədə, üstünlük 2014-cü ildə tikiləcək «Spartak» arenasına verilib.

Xəbər 987 dəfə oxundu.