““Neftçi” ilə oyuna qələbə qazanmaq üçün çıxacağıq”
“Fiorentina”ya qarşı matçda ən yaxşı oyunumuzu göstərdik”. İdman.com.az saytının məlumatına görə, bu sözü “Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan “İnter”in futbolçusu Gabi Mudinqayi deyib. O bildirib ki, “İnter” hələ öz sözünü deməyib: “Keçən həftə 3-4-1-2 sistemini yaxşı anlaya bilməmişdik. Amma bu dəfə məşqçimizin bizə nə demək istədiyini başa düşdük. Bundan sonra hər kəs əsl “İnter”i görəcək”.

Milan klubunun yarımmüdafiəçisi artıq “Neftçi” ilə oyunu düşündüklərini deyib: “İndi fikrimizdə yalnız “Neftçi” ilə Bakıdakı matç var. Biz bu qarşılaşmaya da qələbə qazanmaq üçün çıxacağıq. Əsas yaxşı oynamaqdır. Azərbaycan klubu ilə oyuna kimi heç problemimizin olmayacağına ümid edirəm. Avroliqada da uğur qazanmaq istəyirik. Bazar günü Milan derbisində yorğun olacağımızı düşünmürəm. Stramaççoni bilir bizi necə hazırlamaq lazımdır. Özümə gəlincə, həmişə öz üzərimdə işləyirəm ki, hər bir oyuna tam hazır olum”.

Qeyd edək ki, “Neftçi” – “İnter” oyunu oktyabrın 4-də 22:00-da “Tofiq Bəhramov” adına Respublika stadionunda baş tutacaq.

Xəbər 872 dəfə oxundu.