Polşalı qapıçı Voytsex Şesnı “Qətər-2022”də həmyerlisinin rekordunu təkrarlayıb | |
Qətərdə futbol üzrə dünya çempionatının C qrupunun üçüncü turu çərçivəsində keçirilən Polşa-Argentina oyunu davam edir. Görüşün 38-ci dəqiqəsində baş hakim polşalı qapıçı Voytsex Şesnının Argentina millisinin kapitanı Lionel Messiyə qarşı etdiyi kobudluğa görə, Polşanın qapısına penalti təyin edib. Qolkiper qapının sol küncündən zərbəni dəf etməyi bacarıb. Polşalı qapıçı eyni mundialda iki penaltini dəf edərək tarixdə üçüncü qolikiper olub. Əvvəllər buna ABŞ futbolçusu Bred Fridel (2002-ci il), eləcə də digər polşalı qapıçı Yan Tomaşevski (1974-cü) nail olublar. Hazırda oyunda ikinci hissə davam edir və Argentina millisi 2:0 hesabı ilə öndədir. |
|
Xəbər 235 dəfə oxundu. |
|
|