Əziz İldırıma növbəti ittiham kimdən gəldi?
"Fənərbağça"nın sabiq idarəçilərindən olan Volkan Ballı, klubun prezidenti Əziz İldırımla bağlı bəzi fiki səsləndirib. İdman.com.az saytının Türkiyə mətbuatına istinadən xəbərinə görə, həmin fikirlər böyük çaşqınlığa səbəb olub.

O, klub prezidentini əsl "nasisit" adlandırıb: "Əziz bəy ruhi xəstədir! Normal adam deyil. Lüğəti açın, "nasist" sözünün bütün açıqlaması bu adama aiddi. Şəkər xəstəsi olmasını bəhanə edir ki, məhkəmənin yazığı gəlsin. Tənqidə dözümü yoxdu. Haqqında mənfi danışanı "Fənərbağça" düşməni elan edir. Hər kəs düşməndimi? Onunla 7 il işləmişəm. Hamı bilsin ki, məni heç kim qovmayıb, özüm istefa vermişəm. Klubda qalsaydım, mən də həbsdə olardım. Aleksə heykəl qoyulması İldırımı dəli edir".

Ballı daha sonra Yıldırımla bağlı çox şey bildiyini, bunları söyləsə, Əziz bəyin küçəyə çıxa bilməyəcəyini deyib: "Ondan qorxmuram, mənə heç nə edə bilməz. O qədər çox şey bilirəm ki, danışsam, küçəyə belə çıxa bilməz. Ətrafı da yavaş-yavaş əriməyə başlayıb. Çünki insanlar gerçəkləri görür".

Xəbər 925 dəfə oxundu.