“Xəzər Lənkəran”dan ardıcıl 3-cü məğlubiyyət
Bu gün Topaz Premyer Liqasında VII tura start verilib. İdman.com.az saytının məlumatına görə, matçların hər 3 oyunu əyalətdə keçirilib. Zaqatalada matç mərkəzi oyun kimi daha çox maraq doğurub. “Qarabağ”ı lider “Simurq”la səfərdə çətin matç gözləyib. Gərgin ğörüşdə ağdamlıların baş məşqçisi Qurban Qurbanov doğulub, boya-başa çatdığı Zaqatalada hesab aşılmayıb.

Hələ ki, məğlub olmayan AzAL Qəbələdə sınağa çəkilib. Ramiz Məmmədov 2 illik fasilədən sonra “Qəbələ”nin baş məşqçi postuna, çempionatımıza qayıdışını qələbə ilə qeyd etməyə çalışıb. Tərəflərin çox səy göstərməsinə baxmayaraq, bu oyunda da qol burulmayıb.

Tovuzdakı matçda qonşular üzləşib. Bu, turnir cədvəlinin aşağılarında gedən “Turan”la “Xəzər Lənkəran”la dueli olub. Hər 2 komandaya qələbə hava-su kimi lazım idi. Həlledici qarşılaşmadan ev sanibləri qalib ayrılıb. Adı çəkilən məğlubiyyət “ağ-yaşıllar”in ölkə çempionatında ardıcıl 3-cü yenilgisi olub. Buna qədər “gəmiqayıranlar” “Neftçi”və “Simurq” klublarına uduzmuşdu.

Topaz Premyer Liqası. VII tur
29 sentyabr

“Simurq” – “Qarabağ” - 0:0
Hakimlər: Əliyar Ağayev, Elman Musayev, Rza Məmmədov, İnqilab Məmmədov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu

“Turan” – “Xəzər Lənkəran” - 2:1
Qol: Salif Ballo, 56, 59 - Sadio Tounkara, 45
Qırmızı vərəqələr: Ruslan Abışov, 20, Elnur Allahverdiyev, 77
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Zeynal Zeynalov, Ramiz Məhərrəmov
Tovuz. Şəhər stadionu

“Qəbələ” – AzAL - 0:0
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Elşən Acalov, Orxan Məmmədov
Qəbələ. Şəhər stadionu

Xəbər 949 dəfə oxundu.