Azərbaycan Basketbol Liqası: “Gəncə” klubu “Sərhədçi”ni, NTD isə “Neftçi”ni məğlub edib
Azərbaycan Basketbol Liqasında (ABL) 7-ci turun daha iki oyunu keçirilib.

ilk görüş çempionatın liderləri “Gəncə” və “Sərhədçi” komandaları arasında baş tutub.

Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmadan Gəncə basketbolçuları 90:76 hesablı qələbə ilə ayrılıblar.

“Gəncə”nin heyətində Kris Hamil - 25 xal, 5 ribaund, “Sərhədçi”dən isə Maksvel Starvud - 27 xal, 5 ribaundla matçın ən məhsuldar oyunçuları olublar.

Günün ikinci oyununda iki paytaxt təmsilçisi “Neftçi” və NTD basketbolçuları qarşılaşıblar. Bu oyunda NTD rəqibini 88:75 hesabı ilə məğlub edib.

“Neftçi”dən Reymond Miller - 28 xal, 10 ribaund, NTD-dən isə Londell King - 20 xal, 8 ribaundla komanda yoldaşlarından fərqləniblər.

Qeyd edək ki, turun bağlanış oyunu noyabrın 27-də Şəki Olimpiya İdman Kompleksində “Olimpik Şəki” və “Sabah” komandaları arasında keçiriləcək.

Xəbər 309 dəfə oxundu.