Andre Santosa 12 ay cəza
2009-11-ci illəri arasında «Fənərbağça» forması geymiş braziliyalı Andre Santos, İngiltərədə bir illik maşın sürməkdən məhrum edilib. Hazırda «Arsenal»da olan müdafiəçi saatda 234 kilometr sürətlə maşın sürərkən yaxalanıb. Bundan əlavə də qayda pozuntusu olan futbolçunu 1 illik avtomobil məhrumiyyəti ilə cəzalandırıblar.

İdman.com.az saytının məlumatına görə, Andre Santosa şimali Londondakı Hendon Sülh Cəza Məhkəməsi tərəfindən «diqqətsiz avtomobili idarə etmə» səbəbi ilə, üstəlik, 3 min 600 funt sterlinq pul cəzası da verilib.

Braziliya millisinin oyunçusu keçən ay «Arsenal»ın məşq bazasının yaxınlığındakı şosedə «ziq-zaq» edərkən polis onun izinə düşmüşdü. Santos, qara Maseratisiylə polislərdən qaçmağa çalışsa da, bunu edə bilməmiş və həbs olunmuşdu.

Xəbər 1026 dəfə oxundu.