Blatterdən növbəti razılıq
Sentyabrın 22-də Azərbaycanda start götürən 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında dünya çempionatı FİFA-da müzakirə obyektinə çevrilib. İdman.com.az saytının məlumatına görə, ali futbol qurumunun prezidenti Yozef Blatterin sədrliyi ilə İsveçrənin Sürix şəhərində keçirilən İcraiyyə Komitəsinin 2 günlük iclasında bir sıra məsələlərə baxılıb.

Artıq işini başa çatdıran müzakirələrdə hazırda ölkəmizdə keçirilən turnirdən razılıq ifadə olunub. Belə ki, FİFA-nın qadın futbolunu gələcək nəslini təmin etməyi Azərbaycandakı yarış yaxşı bir nümunə kimi qeyd olunub.
Qeyd edək ki, Blatter Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən açılış mərasimində iştirak etmişdi.

Xəbər 975 dəfə oxundu.