Con Terrinin cəzası açıqlanıb
KPR forması geyinən Anton Ferdinanda qarşı irqçi ifadələr işlədən Con Terrinin cəzası açıqlanıb. İngiltərə Futbol Federasiyası “Çelsi”nin kapitanına 4 matçda forma geyinməmək cəzası verib. Federasiyadan matç cəzasının 220 min sterlinq dəyərində maddi təzminatla əvəz olunma ehtimalının olduğu da bildirilib. Futbolçunun bu qərara 14 gün ərzində etiraz etmək hüququ var.
Qeyd edək ki, Vestminster məhkəməsinin iyul ayında verdiyi qərarda Terrinin günahsız olduğu bildirilib. İttihamları qəbul etməyən ingiltərəli isə milli komandada oynamayacağını açıqlamışdı.

Xəbər 1098 dəfə oxundu.