Dani Alveş Fransa klubundan təklif aldığını açıqlayıb
“Barselona”da top qovan Dani Alveş Fransa klubundan təklif aldığını açıqlayıb. PSJ-dən başqa braziliyalı futbolçuya başqa klublardan da təklif gəlmişdi, lakin 2008-ci ildə “kataloniyalılar”ın heyətində forma geyinən Alveşin transferi baş tutmayıb.
Futbolçu PSJ-yə keçidinin baş tutmama səbəbindən danışıb: “Bu mövsüm fransız təmsilçiləri bir çox oyunçuları transfer etmək istədi, komanda haqda yaxşı planlar var. Klubun yeni planlarına məni də daxil etmişdilər. Lakin transfer haqqımın baha olması onların fikrini dəyişdi və başqa oyunçuların qapısını döydülər”.
Bundan əlavə Alveş transferə qapısının açıq olduğunu da açıqlayıb: “Bir gün Parisdə oynayacağımı deyə bilmərəm. Ona görə qapım həmişə açıqdı. Bir gün “Barça” məni istəməsə nə olacağını deyə bilmərəm”.

Xəbər 1028 dəfə oxundu.