Cüdo millimizin yeni baş məşqçisi kimdir?
London yay olimpiya oyunlarında uğursuz çıxış edən cüdo üzrə milli komandamıza yeni baş məşqçi gətirilir. Bu barədə xəbəri idman.com.az saytına yığmamızın sabiq üzvlərindən biri deyib. Onun sözünə görə, yeni mütəxəssis avstriyalı Peter Zayzenbaher olacaq. O, bundan əvvəl Gürcüstan seçmə kollektivini çalışdırıb. Millimizin əvvəlki baş məşqçisi Ağayar Axundzadə federasiyada başqa vəzifə alıb.


Xəbər 1258 dəfə oxundu.