Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı | |
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər: Fərzəliyev Murad Qoçu oğlu Kərimov Mehman Bayram oğlu. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 12 noyabr 2022-ci il |
|
Xəbər 246 dəfə oxundu. |
|
|