«Enfild»i yenilənmə gözləyir
«Liverpul»un 1884-cü ildə inşa olunmuş stadionu «Enfild» ciddi yenilənməyə məruz qala bilər. İdman.com.az saytının məlumatına görə, klubun amerkialı sahibləri, başda Con Henri olmaqla, bu məqsədlə 150 milyon funt xərcləməyi düşünürlər. Onlar stadionun tutumunu 60 min nəfərə çatdırmaq istəyirlər. Hazırda stadionun tirubanalırana 45362 tamaşaçı yerləşə bilir.

Başqa variant kimi yeni arenanın tikintisi də nəzərdədir.
Henri əvvəllər stadionun adına olan hüquqları satmaq istəyərək yerli azarkeşləri qızdırmışdı. İndi klubdakı maliyyə durumunu nəzərə alaraq, amerikalıların yenidənqurma və yeni inşa planlarını hansı vəsaitə reallaşdırmağı düşündükləri maraq doğurur.

Xəbər 856 dəfə oxundu.